COP29

Azərbaycabda qızlar kişiləri futbolda da ÜSTƏLƏYƏCƏK

28 May 00:50 Qadın futbolu 442
Azərbaycabda qızlar kişiləri futbolda da ÜSTƏLƏYƏCƏK

Lisenziya Komissiyasının bu gün baş tutan iclasında 2024/2025-ci illər mövsümündə Premyer Liqada, I Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Yüksək Qızlar Liqasında iştirak etmək üçün “Baku Juniors” və “Balxurma Balakən” (“Dirçəliş”) komandaları lisenziya ilə təmin ediliblər.

Maraqlıdır, bu idman növündə qadınların kişiləri üstələməsi, daha böyük uğurlara imza atması mümkündürmü?

Sportinfo.az xəbər verir ki, mövzu ilə bağlı medianews.az-a danışan idman şərhçisi Natiq Muxtarlı deyib ki, Azərbaycanda qadın futbolu kişi futbolundan sürətlə inkişaf edib.

Onun sözlərinə görə, hazırda azərbaycanlı qızlar legioner həyatı yaşayırlar: “Qadın futbolunun yarandığı ilkin vaxtları xatırlayıram: FİFA və UEFA-nın tələbi olduğu üçün komandaların yaradılması şərt idi. Amma futbolçu yox idi. Ona görə də məcbur qalıb xaricdən oyunçu dəvət etdilər, onları milliləşdirdilər. Ancaq zamanla Azərbaycanda mental dəyərin bu mühafizəkar baxışı da sıradan çıxdı. Valideynləri qızlarının futbola üz tutmasına icazə verdilər. İndi azərbaycanlı qızlar legioner həyatı yaşayırlar”.

N.Muxtarlı söyləyib ki, hələ sovetlər vaxtında komanda idman növlərində həmişə qadın komandalarımız öndə olub: “Azərbaycanın qızlardan ibarət voleybol komandası SSRİ-də liderlərdən olub. Azərbaycanın “Avtomobilçi” həndbol komandası Kuboklar Kubokunu qazanıb. Elə otüstü xokkey komandamız da SSRİ-də söz sahibi olub. Amma o idman növlərində kişilər heç nə ilə yadda qalmayıblar. Ona görə də, qızlarımızın futbolda da kişiləri üstələyə biləcəyinə inanmaq lazımdır. Mental baxışlar bir qədər də dəyişsə, üstəlik, Azərbaycan futbolunda peşəkar idarəetmə olsa, qızlarımız Avropada yaxşı nəticələr qazana bilərlər. Komanda idman növlərində azərbaycanlı qızların oğlanlardan üstün olduğu faktdır. Azərbaycanda qadın futbolunun perspektivi kişi futbolundan daha çoxdur”.

Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?