"Nəticələr bizi qane etmirdi - Bu, stimul verəcək"

1 Dekabr 2021 00:50 Qadın futbolu 437
"Nəticələr bizi qane etmirdi - Bu, stimul verəcək"

Qadın futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Siyasət Əsgərov DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Monteneqroya qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi.

Uğursuz gedişə son qoymaq istəyirdik. Sevindirici haldır ki, uğursuzluğa son qoyub evdə qalib gəlməyi bacardıq.

Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti