“Qarabağ məsələsi həll olunubmu? Bunu il yarım ərzində 8 dəfə demişik”

29 Noyabr 2023 18:50 Problem 851
“Qarabağ məsələsi həll olunubmu? Bunu il yarım ərzində 8 dəfə demişik”

“Ermənistan üçün “Dağlıq Qarabağ” məsələsi mövcud deyil”.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

““Qarabağ məsələsi həll olunubmu? Nə deməkdir. Ermənistan üçün belə bir məsələ mövcud deyil.

Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tam şəkildə tanıyıb. Biz yəqin ki, bu barədə son il yarım ərzində səkkiz dəfə danışmışıq”, - deyə Simonyan qeyd edib.

Onun sözlərinə görə, hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 12:40 "Qarabağ" SUSDU