Yığmamızın futbolçusunun sağlamlığı təhlükə altındadır?

26 Oktyabr 2020 18:20 Problem 882
Yığmamızın futbolçusunun sağlamlığı təhlükə altındadır?

Almaniya II Bundesliqasında V turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" səfərdə "Bohum"a uduzub - 0:2.

Yarımmüdafiəçi bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

30 yaşlı futbolçu səhhətində yaranmış problemə görə matçı buraxmalı olub. Onun nə vaxt sıraya qayıdacağı açıqlanmayıb.

5 turdan sonra 7 xala malik "Ersgebirge" 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM