Məhkəməyə verəcəklər - Ortada 5 fərqli zorlama epizodu var

17:20 Problem 132
Məhkəməyə verəcəklər - Ortada 5 fərqli zorlama epizodu var

Qana hökuməti millisinin və “Vilyarreal”ın (İspaniya) yarımmüdafiəçisi Tomas Partinin dünya çempionatının ilk turunda Kanadaya buraxılmaması qərarından məhkəməyə şikayət edəcəyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qana hökuməti Kanadanın qərarını son dərəcə ədalətsiz adlandırıb.

Rəsmi açıqlamada qeyd olunub ki, futbolçu barəsində hələ məhkəmə hökmü çıxarılmayıb və onun təqsiri sübuta yetirilməyib.

Tomas Parti Panama ilə keçiriləcək qrup mərhələsinin ilk matçını buraxacaq. Buna səbəb Kanadanın ulduzun ölkə ərazisinə girişinə qadağa qoymasıdır.

Kanada tərəfi bu addımı futbolçuya qarşı açılmış 5 fərqli zorlama epizodu ilə əlaqələndirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti