Qana millisinin və “Vilyarreal”ın (İspaniya) yarımmüdafiəçisi Tomas Parti dünya çempionatının ilk turunda Panamaya qarşı keçiriləcək matçı buraxmaq məcburiyyətində qalacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu “The Athletic” nəşri yayıb.
Məlumata görə, buna səbəb Kanadanın ulduzun ölkə ərazisinə girişinə qadağa qoymasıdır.
Rəsmi Ottavanın bu qərarı idmançıya qarşı 5 fərqli zorlama epizodu üzrə açılmış cinayət işi ilə bağlıdır.
Ötən ilin dekabrında saxlanılan 32 yaşlı yarımmüdafiəçi ittihamları rədd etsə də, viza qadağasından yayına bilməyib.

