Yenidən zədələnən Neymarın sağlıq durumu nə yerdədir?

10 İyun 01:30 Problem 326
Yenidən zədələnən Neymarın sağlıq durumu nə yerdədir?

Braziliya Futbol Federasiyası millinin hücumçusu Neymarın sağalmasında yaxşı irəliləyiş olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, bu haqda federasiya “X” sosial media platformasında məlumat yayıb.

“Bazar ertəsi Neymar MRT-dən keçib və analizlər onun sağalmasında yaxşı irəliləyiş göstərib. O, Braziliya milli futbol komandasının həkim komissiyasının müəyyən etdiyi plana əməl edəcək”, - məlumatda deyilir.

Neymar “Santos”un “Kuritiba”ya 3:0 hesabı ilə uduzduğu matçda zədə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!