Danimarka millisinin həkimi Morten Boesen Ukrayna ilə matçda huşunu itirərək yerə yıxılan və xəstəxanaya aparılan Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, kapitanın durumunun artıq yaxşı olduğunu bildirib.
“Bu səhər Kristianla danışdım və onun vəziyyəti yaxşıdır. Eriksen ailəsinin yanındadır, əhval-ruhiyyəsi yüksəkdir. Yaxın zamanda xəstəxanadan buraxılacaq və evinə qayıda biləcək”, - Boesen deyib.
Eriksen Ukrayna ilə matçın 63-cü dəqiqəsində huşunu itirib. Matç ona görə təxirə salınıb.

