Azərbaycan millisinin yarımmüdafiəçisi Xəyal Əliyevin zədəsinin ciddi olduğu ehtimal edilir.
Sportinfo.az xəbər verir ki, Avstriya toplanışı çərçivəsində Maltaya qarşı (0:2) keçirilmiş yoxlama görüşünün əvcvəlində zədələnən Əliyev MRT müayinəsindən keçəcək.
Bundan sonra isə onun durumu daha da dəqiqləşəcək.
Amma Əliyevin əzələsində yırtıq olduğu aşkarlanıb və belədə, ən azı, iki ay müddətinə meydandan kənar qalma riskinin yüksək olduğu bildirilir.
Onun iki gündən sonra millimizin San Marinoya qarşı keçirəcəyi matçda meydanda olmayacağı dəqiqdir.

