Tığmanın kapitanının meydanda ürəyi dayandı - Son 5 ildə 2 dəfə

00:20 Problem 127
Tığmanın kapitanının meydanda ürəyi dayandı - Son 5 ildə 2 dəfə

Danimarka və Ukrayna komandaları arasında keçirilən yoldaşlıq görüşü faciəvi hadisə səbəbindən vaxtından əvvəl başa çatdırılıb.

Sportinfo.az xəbər verir ki, Odense şəhərində baş tutan qarşılaşmanın 63-cü dəqiqəsində Danimarka yığmasının kapitanı Kristian Eriksenin qəfildən halı pisləşib.

34 yaşlı təcrübəli futbolçunun ürəyi dayanıb və o, huşunu itirərək yerə yıxılıb.

Baş hakim dərhal oyunu dayandıraraq tibbi heyəti meydana dəvət edib. Həkimlərin yerində göstərdiyi ilkin yardımdan sonra kapitan təcili olaraq xəstəxanaya çatdırılıb.

Baş verən hadisədən sonra referilər matçı bərpa etməyərək vaxtından əvvəl bitirmək qərarı alıblar.

Kristian Eriksen oxşar dəhşətli hadisə ilə 2021-ci ildə, Avropa çempionatı çərçivəsində keçirilən Finlandiya ilə oyunda da üzləşmişdi. Həmin vaxt meydanda ürəyi dayanan futbolçunu həkimlər böyük çətinliklə həyata qaytara bilmişdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi
7 İyun 01:00 Bəhreynə qalib gəldik