Dünya çempionatında millini müşayiət edəcək bəzi məsul şəxslərə viza vermədilər

00:20 Problem 74
Dünya çempionatında millini müşayiət edəcək bəzi məsul şəxslərə viza vermədilər

ABŞ dünya çempionatında İran milli komandasını müşayiət edəcək bəzi məsul şəxslərə viza verməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran milli yığma komandasının meneceri Mehdi Məhəmmədnəbi, Futbol Federasiyasının baş katibi Hidayət Mömbini, milli komandanın icraçı direktoru Mehdi Xərati, media direktoru Möhsən Mötəmədkiya, milli komandanın media nümayəndələrindən Siyamək Qılıçxani və daha bir neçə nəfərə viza verilməyib.

Bununla belə, bu şəxslərin İran milli komandası ilə birlikdə Meksikaya gedəcəyi bildirilir. Hazırda viza alınması üçün səylər davam etdirilir.

İran komandası Meksikada məskunlaşacaq. Komanda qrup mərhələsindəki oyunlarını isə ABŞ-nin Los-Anceles və Sietl şəhərlərində keçirəcək.

Dünya çempionatının G qrupunda yer alan İran yığmasını Belçika, Misir və Yeni Zelandiya ilə oyunlar gözləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...