2019-cu ildə Luis Enrike xəstəlikdən əziyyət çəkən 9 yaşlı qızı Xananı itirmişdi.
“Qızım fiziki olaraq yanımda olmayacaq, amma mənəvi olaraq mənimlə olacaq”.
Bu hadisədən sonra Luis Enrike baş məşqçisi olduğu İspaniya millisindən müvəqqəti ayrılmış, 5 ay sonra yenidən vəzifəsinə qayıtmışdı.
Qızının yoxluğu ona daxilən nə qədər əzəb versə də, Luis Enrike bu faciəvi hadisədən sınmamış, əksinə məşqçilik karyerasınds uğurlarını davam etdirmişdi.
2023-cü ildə PSJ-yə baş məşqçi təyin olunduqdan sonra Luis Enrike futbolda məşqçi amilinin oyunçu faktorundan üstün olduğunu bir daha sübuta yetirdi. Bir vaxtlar Bekhemin, İbrahimoviçin, nəhayət, Messi kimi superulduzların Çempionlar Liqasında uğura apara bilmədiyi PSJ-yə ardıcıl 2 dəfə qitənin ən böyük klub turnirinin mükafatını qazandırdı.
Birini ötən il, birini isə dünən.
Həm də heyətində saysız-hesabsız superulduzlar olmadan.
Öz futbol elmi, bacarığı sayəsində qurduğu əsl və nümunəvi KOMANDA sayəsində!
Luis Enrike müasir futbolun canlı simvoludur və doğmaları, sevənləri onun haqlı olaraq fəxr edir.
… Başda isə qızı Xana olmaqla (qol.az).
Aydın Bağırov


