Tanınmış baş məşqçi bizim hücumçunu istədi, klub almadı

31 May 14:25 Problem 2 575
Tanınmış baş məşqçi bizim hücumçunu istədi, klub almadı

Almaniya mətbuatı “Kayzerslautern”dən ayrılacağı gözlənilən Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazıb.

Sportinfo.az xəbər verir ki, “SÜDWEST24” Emrelinin “Nürnberq”ə qayıtmaq ehtimalına da toxunub.

Həmin nəşr “Bild”in Miroslav Klozenin Mahiri yenidən sərəncamında görmək istəyi haqda isə bunları qeyd edib:

“Miroslav Kloze onu komandasında görmək istəyirdi. Amma “Nürnberq” Mahirlə bağlı danışıqları dayandırıb. Emrelinin bu yay Almaniyanı tamamilə tərk etməsi gözlənilir”.

28 yaşlı futbolçunun “Kayzerslatern”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!