Bu, hansı ağılın “məhsul”udur - Əfrana olar, Elgizə yox?

19:40 Problem 189
Bu, hansı ağılın “məhsul”udur - Əfrana olar, Elgizə yox?

“Şəfa”nı II Liqadan Premyer Liqaya qədər yüksəldən baş məşqçi Elgiz Kərəmli yola salındı.

Bəli, məhz yola salındı.

Adama nə zaman tanıdılar, nə şans verdilər. Dedilər ki, bizə təcrübəli adam lazımdır, bu iş səninlə alınmaz.

Klub məlum ayrılıqla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Elgiz Kərəmli ilə yolların ayrılmasının anonsu verilib.

Başa düşdük.

Bəs, həmin paylaşımın şərh bölməsini izləyicilərin, dolayı yolla azarkeşlərin üzünə bağlamaq nə deməkdir?

Əfran İsmayılovun kluba vitse-prezident təyin olunması elə həmin səhifədə paylaşılıb, şərh bölməsi də açıq saxlanılıb.

Xəbərlə tanış olanlar İsmayılovun şəninə tərif yağdırıb, ona yeni işində uğurlar arzulayıb.

Keçmiş baş məşqçiyə münasibətə görə izləyicilərin neqativ reaksiya verəcəyi gün kimi aydın idi. Uşaq uşaqlığı ilə anlayır ki, komandanı II Liqadan elitaya qədər gətirən adamın haqqı “Şəfa”da qalıb işini davam etdirmək idi.

Klub rəsmiləri ictimai qınağın reallığını nəzərə alaraq şərh bölməsini bağlayıb ki, mənfi fikirlər olmasın, kimsə məlum qərara qarşı çıxmasın.

Bu da Premyer Liqaya gələn klubun işə “peşəkar” yanaşması. Allah bilir, hələ nələr görəcəyik.

Sabah komanda məğlub olanda nəticəni ictimaiyyətə təqdim etməsələr, təəccüblənməyəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti