“Messi özünü yorğun hiss edirdi, ona görə də risk etməmək qərarına gəldik”

12:20 Problem 75
“Messi özünü yorğun hiss edirdi, ona görə də risk etməmək qərarına gəldik”

“İnter Mayami”nin baş məşqçisi Gilyermo Hoyos, MLS-də “Filadelfiya Yunion”la (6:4) matçda hücumçu Lionel Messinin məcburi əvəzlənməsi haqda sualı cavablandırıb.

Argentinalı futbolçu 73-cü dəqiqədə bud əzələsindən zədə aldığı ehtimalı ilə meydanı tərk edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Hələ də dəqiq tibbi rəyimiz yoxdur. Messi özünü yorğun hiss edirdi, ona görə də heç bir risk etməmək qərarına gəldik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti