Həvəskarlar Liqada çıxış edən "Qobu" komandası ciddi problemlə üz-üzədir.
Qəsəbənin yeganə meydançası uzun müddətdir təmirə dayanıb.
Qısa zaman kəsiyində süni örtük salınacağı vədi verilib.
İşə başlanıb, qısa müddətdə az iş görülməyib.
Yerli futbolsevərlər sevinib ki, nəhayət, biz də ağ günə çıxacağıq.
Amma meydançada işlərin yekunlaşmasına az qalmış stadiona səssizlik çöküb.
Üzərində 8 ay ötməsinə baxmayaraq, sükutu pozan yoxdur.
Klub indi əli aşından da olub, vəli aşından da.
Yenə köhnə vəziyyətində kollektiv burada məşq edir, oyunlar keçirə bilirdi.
İndi bu da mümkün deyil.
Rəqiblərini Abşeron Olimpiya Kompleksinin stadionunda qəbul edən "Qobu" məşq etməyə yer tapmır.
Müxtəlif qurumlara edilən müraciətlərə isə eyni cavab gəlir - Səbrli olun, düzələcək.
Qobu qəsəbə stadionundan çəkilmiş ən son fotoları sizə təqdim edirik:
XANOĞLAN / SPORTİNFO.AZ

