Premyer Liqada çıxış edən 8 klubdan təzminat istədilər

14:40 Problem 171
Premyer Liqada çıxış edən 8 klubdan təzminat istədilər

“Dinamo“ Premyer Liqada çıxış edən 8 klubun rəhbərinə müraciət ünvanlayıb.

II Liqada mübarizə aparan “polisər“in üz tutduğu elita təmsilçiləri aşağıdakılardır: “Sabah FK”, “Neftçi İK İB”, “Qarabağ FK”, “Araz Naxçıvan PFK”, “Qəbələ İK”, “Kəpəz PFK”, “Sumqayıt FK” .

Aşağı liqanın iştirakçısının məqsədi AFFA İcraiyyə Komitəsinin 11 mart 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Oyunçuların Statusu və Transferi” qaydalarına riayət olunmasıdır.

”Dinamoçular” həmin yüksək liqa mənsublarından kompensasiya almaq niyyətindədir:

”Cənab Prezidentin Futbolla bağlı ideyalarına dəstək olaraq bölğələrdə və paytaxt ətrafında istedadları üzə çıxarılması məqsədi ilə “Dinamo (Bakı)” Futbol Klubunu yaratdıq.

İstedadlı və prespektivli gəncləri zərərli vərdişlərdən, xüsusilə narkotik və alkoqol istifadəsindən uzaq durmaq məqsədilə dövlətimizə bir sosial lahiyə olaraq dəstək verərək, tək fiziki fəalliyyət deyil, həm də sosiallaşma, intizam, düzgün həyat tərzinin formalaşması üçün AFFA Gənclər Liqalarında U-10-dan U-19 qədər yarışlarda iştirakını təmin etdik.

Əsas məqsədimiz 300-qədər gəncin boş vaxtını mənfi təsirlərdən uzaqlaşdırmaq, onları sosial baxımdan daha aktiv və məsuliyyətli fərdlərə çevirməkdir.

Belə təşəbbüslər bu gənclərə alternativ mühüt təqdim edir və onların potensialının müsbət istiqamətdə inkişaf etdirməsində şərait yaradır.

Tam əminliklə qeyd etməliyik ki, idman fəaliyyəti yeniyetmələri zərərlə vərdişlərdən qoruyur, riskli davranışlara meyl daha aşağı səviyyədə olur.

Azərbaycanda yeniyetmələrin zərərli vərdişlərdən qoruması istiqamətində idman və maarifləndirici tədbirlər dövlət siyasətinin mühüm hissəsidir.

Bu gənclər bizim bünövrəmizdir. Onların sağlam böyüməsinə inkişafına birlikdə dəstək olmalıyıq.

Sizə müraciət etməyimizə səbəb min bir əziyyətlə yetişdirdiyimiz futbolçuların sizin futbol komandanıza transferi zamanı, “Dinamo”ya həmrəylik çərçivəsində heç bir kompensasiyanın ödənilməməsiylə bağlıdır.

Xahiş edirik ki, AFFA İcraiyyə Komitəsinin 11 mart 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Oyunçuların Statusu və Transferi” qaydaları çərçivəsində bizə kompensasiya ödəyəsiz“.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti