İTV yarımfinal oyununu niyə yayımlamadı? - ÇL AÇIQLAMAsı

7 May 09:40 Problem 579
İTV yarımfinal oyununu niyə yayımlamadı? - ÇL AÇIQLAMAsı

İTV “Bavariya” və PSJ arasında keçirilən yarımfinal oyununun (1:1) yayımı ilə bağlı yaranmış problemə dair açıqlama verib.

Sportinfo.az xəbər verir ki ,telekanal sözügedən oyunun yayım hüququnun onlarda olmadığını bildirib.

“UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb.

Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.

“Bavariya” və PSJ arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Oyunun yayımı ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır”, - kanalın açıqlamasında qeyd olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti