«İmişli»də hadisələrin inkişafı 180 dərəcə dəyişib. P
remyer Liqada ilk mövsümünü geridə qoymaq üzrə olan klubun Jorj Kaşkilyaya yeni müqavilə təklif etməsindən xəbərdarsız.
2025-ci ilin iyununda debütantın sükanı arxasında Fərid Namazovu əvəzləyən portuqaliyalının növbəti sezonu burada keçirmək üçün öz şərtlərini irəli sürməsindən də məlumatlısız.
Komandanı elitada saxlamaq tapşırığının öhdəsindən gələn avropalı mütəxəssis həm özünün, həm də köməkçilərinin maaşının artırılmasını istəyib.
Kaşkilya bildirib ki, ona vaxtilə çalışdığı Çexiya da da daxtl olmaqla, bəzi ölkələrdən dəvət gəlib. Aylıq məvacibi 10 min dollardan bir qədər aşağı olan baş məşqçi 4000-5000 minlik artım umub.
Avropalının gözləntisi özünü doğrultmayıb. Klub başbilənləri mütəxəssisin maddi tələblərini yerinə yetirməkdən imtina imtina edib.
Ona deyilib ki, əvvəlki şərtlərlə qalmaq istəyirsənsə, qala bilərsən, istəmirsənsə, qapı açıqdır, gedə bilərsən.
«İmişli» 29 tur ərzində eyni sayda xal toplayıb. Bu nəticə komandanı turnir cədvəlinin doqquzuncu pilləsində saxlayıb.
SPORTİNFO.AZ

