Klublar iki aydan sonra bir yardım paketini aldı, biri qaldı

11:40 Problem 115
Klublar iki aydan sonra bir yardım paketini aldı, biri qaldı

Azərbaycan çempionatının iştirakçılarının 2 ayı ötən pul intizarı başa çatıb.

Bu barədə AFFA-dan saytımıza məlumat verilib.

Bildirilib ki, dövlət tərəfindən ayrılan yardım paketinin mart ayına aid hissəsi Premyer Liqa, I Liqa və II Liqa klublarının bank hesabına köçürülüb.

Mart ayının ödəmələri nə vaxt həyata keçiriləcək? Federasiya onlarda bu haqda dəqiq informasiyanın olmadığını söyləyiblər.

Bununla belə, qeyd edilib ki, gecikən vəsaitin qarşıdakı 10-15 gün ərzində klublara çatdırılması gözlənilir.

Premyer Liqa təmsilçilərinə ayrılan illik vəsait 2,5 milyon manat təşkil edir.

I Liqanın nümayəndələrinə çatan məbləğ 300 min manatdır. II Liqada yarışanlar isə 5800 manatla kifayətlənməli olur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti