Premyer Liqada 7 futbolçu və 1 məşqçiyə STOP!

1 May 23:00 Problem 692
Premyer Liqada 7 futbolçu və 1 məşqçiyə STOP!

Premyer Liqanın 30-cu turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

2-5 aralığında baş tutacaq 6 oyunu 8 nəfər kənardan izləyəcək.

Bunlardan 7-si futbolçu, 1-i məşqçidir.

“Sabah”ın üzvləri Aleksey İsayev, Abdulax Xaybulaev və Akim Zedadka, “Şamaxı”nın yarımmüdafiəçiləri Verde Apolinario və Oruc Məmmədov, “Sumqayıt”ın yaponu Masaki Murata və “Karvan-Yevlax”ın futbolçusu Qavi Tompson meydana çıxmaqdan məhrum olub.

“Sabah”ın məşqçisi Valerio Zuddas isə texniki zonada yer ala bilməyəcək.

Buna səbəb adları çəkilənlərin cəzalı duruma düşməsidir. Dörd nəfər qırmızı vərəqənin cəzasını ödəyir, digər dörd futbolçu sarı vərəqə limitini doldurub.

Mayın 2-də “Kəpəz” – “Sumqayıt”, “Araz-Naxçıvan” – “İmişli”, bir gün sonra “Şamaxı” – “Sabah”, “Zirə” – “Qəbələ”, mayın 4-də “Qarabağ” – “Turan Tovuz”, mayın 5-də “Karvan-Yevlax” – “Neftçi” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!