“Hesab edirəm ki, çox mühüm hadisə baş verib"

08:10 Problem 78
“Hesab edirəm ki, çox mühüm hadisə baş verib"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin bu ölkəyə səfərini “tarixi hadisə” adlandırıb.

Bu barədə Baş nazir Ermənistan hökumətinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Hesab edirəm ki, çox mühüm hadisə baş verib, iki ölkənin baş nazir müavinlərinin səfərlərini sülh prosesi və onun institusionallaşması baxımından tarixi hadisə kimi qiymətləndirirəm. Şadam ki, biz bu mərhələyə çatmışıq”, - Paşinyan deyib.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ağverəndə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!