Ağsu şəhər stadionu təmirə bağlanıb.
Yenidənqurma işləri AFFA tərəfindən həyata keçirilir.
Federasiya onun balansında olan arenanı Premyer Liqa standartlarına cavab verəcək səviyyəyə çatdırmağı planlaşdırır. Çünki növbəti mövsümdən başlayaraq, burada elitanın oyunları keçiriləcək.
Federasiyadan aldığımız məlumata görə, «İmişli» Qubadan İmişliyə köçəcək. Premyer Liqanın debütantı mayın sonunda şimal rayonu ilə vidalaşacaq və Ağsuya köçəcək.
Bu da Quba Olimpiya Kompleksinin stadionunun bərbad vəziyyətdə olmasıyla əlaqədardır.
«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov və onun digər klublarda çalışan həmkarları qazonunun durumundan çox kəskin şəkildə şikayətlənib.
Belə deyək, buranın meydançası heç I Liqanın oyunlarını qəbul etməyə hazır deyil. Drinaj sistemi qurulmadığından, azacıq yağış və ya qar yağan kimi sahə gölməçəyə dönür, suyun içində «üzür».
Gənclər və İdman Nazirliyi (GİN) balansındakı stadionda keçirilən hər oyuna görə «İmişli»dən 3000 manat ödəniş alsa da, əlini əlinin üstündən tərpətmir.
Ötən aylar ərzində daşı daş üstündə qoymayıblar. Futbol qurğusunda nə yenilik edilibsə, hamısı «İmişli»nin hesabına olub.
Bütün xərcləri özləri çəkiblər, GİN üzərinə düşəni etmək əvəzinə, çəkilib durub bir kənarda. Arada zərbə yenə «İmişli»yə dəyir.
Zəhmətə qatlaşan da onlar, pul itirən də onlar, media, azarkeşlər və mütəxəssislər tərəfindən üzü danlaq görən də onlar. Belə olmaz ki…
Premyer Liqada ilk mövsümünü keçirən klub təmsilçisi olduğu doğma rayondan uzaq düşüb. İmişli şəhər stadionu ayrı-ayrı qurumların nəzdindədir, üstəlik, burada ciddi miqyasda yenidənqurma aparılmalıdır.
SPORTİNFO.AZ

