AFFA 3 komandanı bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.
Sportinfo.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
AFFA U-12 Liqasında keçirilməli olan "Ağdam" - "Pambıqçı" (Bərdə) oyunu "Pambıqçı"nın təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.
"Pambıqçı"ya 0:3 hesablı texniki məğlubiyyət veriib və bu hal 3-cü dəfə təkrarlandığı üçün Bərdə təmsilçisi yarışdan kənarlaşdırılıb.
AFFA U-11 Liqasında mübarizə aparan "Məhsul" (Zərdab) "Füzuli" ilə görüşdə, "Zəfər" (Bərdə) isə "Aran"la matçda (Beyləqan) vaxtında meydanda olmadığına görə eyni cəza ilə üzləşib.

