Əgər bu sənədiniz olmasa, işdən çıxarılacaqsız - VACİB XƏBƏR

08:00 Problem 131
Əgər bu sənədiniz olmasa, işdən çıxarılacaqsız - VACİB XƏBƏR

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda əmək müqaviləsinə xitam veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti