Yatmazdan əvvəl idman edənlər MÜTLƏQ OXUSUN!

02:10 Problem 77
Yatmazdan əvvəl idman edənlər MÜTLƏQ OXUSUN!

Axşam saatlarında intensiv məşqlərdən imtina etmək tövsiyə olunur.

Somnoloqlar bildirir ki, gec saatlarda edilən ağır fiziki məşqlər sinir sistemini həddindən artıq stimullaşdırır və adrenalin səviyyəsini artırır.

Sportinfo.az xəbər verir ki, bu, yuxu problemlərinə səbəb ola bilər.

Onların sözlərinə görə, yuxuya getməzdən əvvəl bədən temperaturu aşağı düşməlidir, lakin aktiv idman əksinə olaraq onu yüksəldir.

Somnoloqlar məşqlərin səhər və ya günorta saatlarında edilməsini daha məqsədəuyğun hesab edirlər.

Mütəxəssislər qeyd edib ki, oyandıqdan bir-iki saat sonra edilən məşqlər sirkadiyal ritmin tənzimlənməsinə kömək edir və bu da yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti