Ailə institutunun qorunması və gücləndirilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir.
Xüsusilə, çoxuşaqlı ailələrə göstərilən dəstək həm sosial rifahın artırılması, həm də demoqrafik inkişaf baxımından böyük əhəmiyyət daşıyır.
Son günlər ölkəmizdə çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr aparılır.
Hətta çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsinə dair yeni təklif irəli sürülüb.
Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təklif edib:
“Təşəbbüsə əsasən, çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə, ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün ola bilər”.
Sözügedən təkliflə fikirlərini Oxu24.com-la bölüşən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ölkəmizdə çoxuşaqlı ailələrə sosial dəstəyin genişləndirilməsi ilə bağlı səsləndirilən yeni təklif demoqrafik siyasət və sosial müdafiə baxımından diqqətəlayiq məsələdir:

