İkisi “Qarabağ”dan, biri “Neftçi”dən... Ümumi say 6 oldu

17 Mart 23:00 Problem 201
İkisi “Qarabağ”dan, biri “Neftçi”dən... Ümumi say 6 oldu

Premyer Liqanın 25-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Altı nəfər qarşıdakı oyunlarda iştirak edə bilməyəcək.

Bunlardan 3-cü məşqçi, 3-ü futbolçudur.

“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Coşqun Diniyev, “Sumqayıt”dan Abdul Raşid Mumini sarı vərəqə limitini doldurduqları üçün qarşıdakı matçları kənardan izləyəcəklər.

23-cü turda keçirilən “Qarabağ” – “Sabah” görüşündə yaşanmış insidentə görə cəzalanan 3 məşqçi – Valerio Zuddas (Sabah), elədə də Müşfiq Hüseynovla Zaur Tağızadə (hər ikisi “Qarabağ”) bu dəfə də texniki zonada yer ala bilməyəcəklər.

Martın 18-də “Şamaxı” – “Araz-Naxçıvan”, bir gün sonra “Karvan-Yevlax” – “Zirə”, “Sabah” – “Sumqayıt”, martın 20-də “Kəpəz” – “Qarabağ”, “Neftçi” – “İmişli”, martın 21-də “Turan Tovuz” – “Qəbələ” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti