Premyer Liqanın debütantı “Karvan-Yevlax” öz meydanında uğursuz çıxışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi cari mövsüm Misli Premyer Liqasında ev qələbəsi üzünə həsrətdir.
Yevlaxlılar son olaraq doğma arenada “Sumqayıt”la heç-heçəyə kifayətlənibər. Füzuli Məmmədovun yetirmələri hətta son saniyələrdə vurulan qolla məğlubiyyətdən qurtulub.
Maraqlıdır ki, “Karvan-Yevlax” bu mövsüm öz meydanında keçirdiyi 12 matçın heç birində qalibiyyət üzü görməyib. Komanda 2 dəfə heç-heçə edib, 10 görüşdə isə uduzub.
“Karvan-Yevlax” üçün təsəlli “Sumqayıt”la qarşılaşmada ardıcıl 10 oyunluq ev məğlubiyyətinə son qoymasıdır.
1-ci turda “Qəbələ” ilə 1:1 hesablı bərabərə qalan komanda ondan sonrakı 10 matçın hamısında rəqiblərini 3 xalla yola salmışdı.
“Karvan-Yevlax”la yanaşı, çempionatın digər debütantı “İmişli” də hələ ki, doğma arenasında qələbə qazanmayıb.
“Karvan-Yevlax” bu mövsüm rəqiblərini 6 dəfə Şamaxıda, 6 dəfə isə Yevlaxda qəbul edib.

