"Qarabağ"a sərt cəzalar verilə bilər.
"Sportinfo TV"də yayımlanan "Futbol Manşet"in növbəti buraxılışında Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" qarşılaşmasında yaşanan qalmaqala dair müxtəlif iddialar səsləndirilib.
Bildirilib ki, AFFA İntizam Komitəsi (İK) bu olayı yenidən araşdırmağı qərara alıb, o üzdən, cəza siyahısının genişlənməsi gözlənilir.
Qeyd olunub ki, komitə hadisəyə dair yeni görüntülər əldə edib və onlar hazırda incələnir.
Belə ki, Ağdam təmsilçisi matçda üçüncü qolu vurduqdan sonra qonaqların köməkçi məşqçisi Valerio Zuddas rəqibin ehtiyat skamyasına doğru qeyri-etik hərəkət edib.
Mübahisə komandaların futbolçularının, məşqçi heyətinin iştirakına qədər böyüyüb. Nəticədə Ağdam klubunun məşqçiləri Zaur Tağızadə, Müşfiq Hüseynov və "Sabah"dan Valerio Zuddas qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb.
İntizam Komitəsinin qərarı açıqlanandan sonra hadisənin görüntüləri yayılıb. Buradan aydın olur ki, italiyalı yardımçı həqiqətən qeyri-etik hərəkətə yol verib.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.
"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.
“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.
Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.
Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

