"Bakının bu planında biz də yer almaq istəyirik"

11 Mart 08:00 Problem 397
"Bakının bu planında biz də yer almaq istəyirik"

Biz həmişə enerji sektoru və regionumuzun Avropa üçün enerji mərkəzi kimi rolu ilə maraqlanmışıq.

Son illərdə bəzi çətinliklərlə üzləşmişik. Üç il əvvəl Azərbaycan Ermənistanın iştirakı olmadan Avropaya yaşıl enerji ixrac planlarını təqdim etmişdi.

Bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan “Tramp Marşrutu” layihəsinin perspektivlərini şərh edərkən deyib.

“2024-cü ildə “Global Gateway” beynəlxalq sammitində Ermənistanın buna daxil edilməsi məsələsini açıq şəkildə qaldırdım. Avropa İttifaqı rəhbərliyi bunu dəstəklədi. Ursula fon der Leyen xüsusilə qeyd etdi ki, Ermənistan da daxil edilməlidir. Bu, bizim üçün əsl fürsətdir. Ermənistanın əhəmiyyətli potensialı var”, – o bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!