Qətiyyən bu saatlarda “bankomat”dan pul çıxartmayın!

10 Mart 07:50 Problem 542
Qətiyyən bu saatlarda “bankomat”dan pul çıxartmayın!

Bankomatlarda dələduzluq hallarının artması istifadəçiləri narahat etməyə başlayıb.

Xüsusilə gecə və səhər erkən saatlarda edilən əməliyyatlar yüksək risk daşıyır.

Sadə bir pulçıxarma prosesi kart məlumatlarının kopyalanması və hesabın tamamilə boşaldılması ilə nəticələnə bilər.

Dələduzlar kart kopyalayan xüsusi qurğuları bankomatlara qısa müddətdə yerləşdirib ərazidən uzaqlaşırlar.

İlk baxışda seçilməyən bu cihazlar vasitəsilə istifadəçilər fərqində olmadan məlumatlarını cinayətkarlara ötürür. Həmçinin ekranlara yapışdırılan saxta yönləndirmə qeydləri də şifrələrin ələ keçirilməsinə şərait yaradır.

.Riskin ən yüksək olduğu vaxt intervalı 22:00-dan 06:00-a qədərdir. Həmin saatlarda ətrafda insanların az olması və işıqlandırmanın zəifliyi cinayətkarların işini asanlaşdıran əsas amillərdir.

Kamera nəzarətinin zəif olduğu nöqtələr dələduzlar üçün əsas hədəf hesab olunur.

Banklar şübhəli əməliyyatları daim izləsə və əlavə təhlükəsizlik tədbirləri tətbiq etsə də fərdi diqqət hələ də ən vacib qorunma üsuludur.

Təhlükəsizlik üçün əməliyyatları daha çox gündüz saatlarında və insanların sıx olduğu işıqlı yerlərdə yerləşən bankomatlarda icra etmək məsləhət görülür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq