“İmişli”nin evdə qələbə həsrəti davam edir.
Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının debütantı cari mövsüm rəqibləri qəbul etdiyi matçlarda qalibiyyət üzü görməyib.
Komanda son olaraq 20-ci turda “Qarabağ”a boyun əyib. Quba Olimpiya İdman Kompleksinin meydançasında keçirilən qarşılaşmada qonaqlar 1 qolla qalib gəliblər.
“İmişli” bu mövsüm rəqiblərini 8 dəfə Qubada, 2 dəfə isə Şamaxıda qəbul edib. Bir oyundakı texniki məğlubiyyəti də nəzərə alsaq, Jorj Kaşkilyanın yetirmələri evdə 4 dəfə uduzub, 6 dəfə isə heç-heçə edib.
Komanda həmin görüşlərdə vurduğu 6 qolun qarşılığında özü 14 dəfə (3-ü texniki nəticə) mərkəzə dəvət olunub.

