Quba yeni mövsümdən Premyer Liqa oyunlarına ev sahibliyi etməyəcək.
Peşəkar Futbol Liqası (PFL) bu barədə qərar verib.
PFL-dən redaksiyamıza daxil olan məlumata görə, artıq bu məsələ bağlanıb - «İmişli» 2026/27-ci ilə sezonundan etibarən rəqiblərini başqa məkanda qonaqlamalı olacaq.
Çempionatı təşkil edən qurum bununla bağlı debütantı məlumatlandırıb.
Səbəb ətrafında geniş müzakirə açmağa dəyməz.
Problem Gənclər və İdman Nazirliyinin balansındakı Quba Olimpiya Kompleksinin stadionunda olan çatışmazlıqların çoxluğuyla əlaqədardır.
Əsasən də meydança sarıdan.
Qurban Qurbanov başda olmaqla, bütün məşqçilər qazonunun bərbad durumundan şikayət edib, kəskin reaksiya veriblər.
SPORTİNFO.AZ

