“Bu gün bizim gözəl komplekslərimiz var.
Amma bu gün federasiyaların fəaliyyəti yüksələndən sonra artıq onlar arasında infrastrukturla bağlı suallar yaranır.
Bu, futbol, voleybol, basketbol və həndbolda özünü daha çox göstərir”.
Sportinfo.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib.
O, bu sahdəki problemdən söz açıb:
“Biz hansısa məsələni danışanda deyirlər ki, dövlət onu etməlidir, bunu etməlidir. Amma dövlətin də maliyyəsi müəyyən çərçivədədir. İ
dman iqtisadiyyatı anlayışının komitəyə gəlməsi ilə bağlı düşünürük. Məsələ bundadır ki, bu gün bizim idmanın ÜDM-də çəkisi nə qədərdir?
Ümumiyyətlə, idman iqtisadiyyatı deyəndə nə başa düşülür? Bizim idmana qoyduğumuz investisiya uğur qazandıqca geri qayıdır.
Ölkəyə gələn turizm, maliyyə axını digər sahələri də əlaqələndirir. İdman sahəsinə daha çox pul lazımdır. Yeganə sahə idmandır ki, uğur inflyasiya gətirir”.

