Ölkəmizdə yeraltı bunkerlər və sığınacaqlar tikiləcək? - VACİB AÇIQLAMA

08:10 Problem 239
Ölkəmizdə yeraltı bunkerlər və sığınacaqlar tikiləcək? - VACİB AÇIQLAMA

Dünyada artan hərbi gərginlik və regional münaqişələr fonunda bir çox ölkələrdə mülki müdafiə məsələsi yenidən gündəmə gəlib.

Xüsusilə, müharibə risklərinin müzakirə edildiyi bir dövrdə əhalinin təhlükəsizliyi üçün sığınacaqların mövcudluğu və onların vəziyyəti cəmiyyət üçün vacib suallardan birinə çevrilib.

Azərbaycanda da mümkün fövqəladə vəziyyət və ya hərbi təhlükə zamanı insanların harada və necə qorunacağı məsələsi maraq doğurub.

Ölkədə mülki müdafiə sistemi çərçivəsində sığınacaqların olub-olmaması, onların sayı, vəziyyəti və əhalinin bu məkanlar barədə məlumatlılığı müzakirə edilməli mövzulardandır.

Sovet dövründə tikilmiş sığınacaqların hazırkı vəziyyəti necədir? Yeni yaşayış binalarında belə, sığınacaqlar nəzərdə tutulurmu, fövqəladə vəziyyət zamanı əhali necə istiqamətləndiriləcək.

Mövzu həm də ictimai maarifləndirmə baxımından əhəmiyyətlidir, çünki bir çox vətəndaş fövqəladə vəziyyət zamanı hansı addımları atmalı olduğunu bilmir.

Bu gün bir çox müasir binalarda sığınacaq üçün nəzərdə tutulan yeraltı bunkerlər ya qarajlarla, ya da mağazalarla əvəz olunub.

“Toxunduğunuz mövzu çox vacib bir məsələdir. Bunun üzərində təcili işlənilməli, yoxlamalar aparılmalıdır. Bu, təkcə paytaxt Bakı yaxud da Gəncə və Sumqayıtla məhdudlaşmamalıdır”.

“Bütün ölkə ərazisində regionda baş verən proseslərin fonunda binaların sığınacaqları və bunkerləri olmalıdır. Bəzi işbaz evtikənlər bu barədə anlayışa malik deyillər.

Nə qədər insan övladı yaşayır, dünyada raketlər var, bunkerlər mütləq tikilməlidir. Öz də sığınacaqlar tam təchizli, hazır vəziyyətdə olmalıdır. Çünki insan orada 1 gün də, 1 həftə də qala bilər, — deyə polkovnik qeyd edib.

“İran 8 gündür ki, raket atəşinə məruz qalıb. İranın hərbçiləri Amerikanın bazalarını Yaxın Şərqdə bombalayır. Bunlar hamısı o anlama gəlir ki, nə qədər silah-sursat dünyada olacaqsa, o qədər də insanlara təhlükələr yaranacaq”.

Qurumlara müraciət edən Ü. Cəfərov deyib.

“Fövqəladə Hallar Nazirliyi (FHN) bu məsələdə avanqard olmalıdır. Bu dəqiqə ölkədə körpədən tutmuş hər bir şəxsin təhlükə anında harada və necə qorunacağı, müdafiə ediləcəyi məsələsi formal deyil, praktiki həllini tapmalıdır. FHN-in tabeliyində olan Mülki Müdafiə idarələri var ki, onların hər biri bu məsələdə məsuliyyətlərini dərk etməlidirlər. Biz, publik-mətbuatda bəzi məsələləri tam çılpaqlığı ilə demirik. Amma insanlar maarifləndirilməlidirlər. Bu işi görməli olan, buna görə dövlətdən ciddi məvaciblər və maliyyə dəstəyi alan QHT-lər, rəsmilər çıxıb açıqlama verməli və işlər görməlidirlər. Bu məsələ ilə bağlı Milli Məclisdə müzakirə olunmalı və təcili addımlar atılmalıdır”.

“Naxçıvana qarşı həyata keçirilən bu terror aktı Azərbaycan insanına sanki bir xəbərdarlıqdır. Naxçıvan ilk siqnaldır və bunu ciddi qəbul etmək lazımdır. Çünki sağımızda və solumuzda narahat qüvvələr var. Bu məsələdə sizin addımınızı alqışlayıram və məsələ ən yüksək səviyyədə həll edilməlidir. İcra başçıları geyinib-keçinib haradasa poz verməməlidirlər, iş görməlidirlər. Çünki insanların həyatına cavabdehlik daşıyan şəxslərdir”, — hərbi ekspert sonda vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti