Nədən qorxur, görəsən?

8 Mart 19:00 Problem 336
Nədən qorxur, görəsən?

«Karvan»ın hücum gücünü heç saymaq Füzuli Məmmədovun ən böyük səhvidir.

Heyhat, o, hələ də bu həqiqəti dərk etməyib.

Taktika iki halda keçərlidir.

Birincisi, futbolçuların potensialına uyğun.

İkincisi, baş məşqçinin fəlsəfəsinə uyğun.

Füzuli Məmmədov Yevlaxa cəmi 3 ay öncə gəlib. Bu komandanı o, yığmayıb. Seleksiya işi ondan qabaqkı məşqçilərin baxışına əsasən aparılıb.

Yeni çalışdırıcı onları öz futbol ağlına uyğunlaşdırmaqla nə boyda xətaya yol verib, deyəsən, bunu anlaması üçün ona 1 əsr lazım olacaq.

«Karvan» hücum futbolu sərgiləmir.

Füzuli Məmmədov praqmatik tərzindən əl çəksəydi, ötən 3 ayda topladıqları eyni sayda xala görə belə sevinməzdilər, turnir cədvəlinin «zirzəmi»si ilə bir müddət öncə vidalaşardılar.

«Sumqayıt»la duelin son 10-15 dəqiqəsi «Karvan»ın üçüncü zonada nə dərəcədə təhlükəli ola biləcəyini göstərdi.

Mərkəzdə çoxluq yaratmaqla, cinahlardan asmalar etməklə rəqibin müdafiə xəttinə çətin anlar yaşatdılar. Az bir vaxtda 2-3 real qol fürsəti yaratdılar.

Olmaz ki, bunu bütün oyuna yaysınlar? Füzuli Məmmədov nədən qorxur, görəsən?

Onsuz da, iş-işdən keçib, «Karvan»ın növbəti mövsümə I Liqada başlayacağı böyük ölçüdə dəqiqləşib, Premyer Liqa qatarı stansiyadan tunnelə doğru yön alıb.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti