Bank sizə bu jesti edəcək - Kredit borcunuzu vaxtından əvvəl ödəsəz

07:40 Problem 76
Bank sizə bu jesti edəcək - Kredit borcunuzu vaxtından əvvəl ödəsəz

Müştəri kreditini müəyyən edilmiş müddətdən əvvəl tam və ya qismən bağlamaq istədikdə, gələcək aylara hesablanmış faizlərin taleyi çoxlarını maraqlandıran məsələlərdən biridir.

Bəs kredit vaxtından əvvəl ödənildikdə banklar gələcək dövr üçün hesablanmış faizləri silirmi?

Mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit vaxtından əvvəl bağlandıqda müştəri gələcək dövrün faizlərini ödəməli olmur.

Ekspertin sözlərinə görə, kredit üzrə faizlər yalnız istifadə olunan müddətə görə hesablanır:

“Əgər müştəri kredit borcunu vaxtından əvvəl tam və ya qismən ödəyirsə, gələcək aylara hesablanmış faizlər silinir. Yəni bank müştəridən yalnız faktiki istifadə olunmuş müddət üzrə faiz tələb edə bilər. Gələcək dövr üçün hesablanmış faizlərin tutulması qanunvericiliyə uyğun deyil”.

Ekspert əlavə edib ki, bəzi hallarda banklar müqavilədə müəyyən komissiyalar və ya cərimə şərtləri nəzərdə tuta bilər. Buna görə də müştərilərə kredit müqaviləsini diqqətlə oxumaq tövsiyə olunur.

Beləliklə, kreditin vaxtından əvvəl bağlanması müştəri üçün daha az faiz ödənilməsi ilə nəticələnə və borc yükünü əhəmiyyətli dərəcədə azalda bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Mart 22:40 Eh, elə bu qədər?