Xanımı ilə Səudiyyə Ərəbistanına gedən azərbaycanlı məşqçinin başına iş gəldi

13:40 Problem 233
Xanımı ilə Səudiyyə Ərəbistanına gedən azərbaycanlı məşqçinin başına iş gəldi

“Səbail”ın baş məşqçisi Adil Şükürov komandasına Birinci Liqanın 17-ci turunun “Cəbrayıl”la Şamaxıda keçirilən oyunu üçün cəmi bir gün məşq keçə bilib.

Sportinfo.az prosport.az-a istinadən xəbər verir ki, buna səbəb onun Səudiyyə Ərəbistanında ilişib qalması olub.

Adil Şükürov və həyat yoldaşı Ümrə ziyarətinə gedibmiş. Lakin İran - İsrail/ABŞ müharibəsinə görə sözügedən ölkədə hava məkanı bağlanıb deyə, onların ölkəyə vaxtında qayıtması mümkün olmayıb.

Nəticədə onlar Ciddə şəhərində bir neçə gün təxliyə edilmələrini gözləməli olublar.

Yalnız martın 4-ü axşam Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyə həyata keçirilib.

AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi ilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti