İranla müharibəyə görə geri qayıda bilməyən azərbaycanlı cütlüklə bağlı SON XƏBƏR

09:40 Problem 205
İranla müharibəyə görə geri qayıda bilməyən azərbaycanlı cütlüklə bağlı SON XƏBƏR

Azərbaycanlı iki hakim çətin vəziyyətlə üzləşib. Əliyar Ağayev və Nicat İsmayıllı Küveytdən Azərbaycana geri qayıda bilmir.

Onlar ərəb ölkəsinə Küveyt kubokunun bir neçə oyununu idarə etmək üçün ora yollanıb.

Bölgədə yaranmış hərbi gərginlik səbəbindən, onlar hələ də oranı tərk etməyib.

AFFA bu problemi gündəmində saxlayır.

Federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Murad Axundov Sportinfo.az-a açıqlamasında hər iki hakimlə daim əlaqə saxladıqlarını bildirib:

«Yaranmış vəziyyət barədə Gənclər və İdman Nazirliyini məlumatlandırmışıq. Həmçinin ölkəmizin Küveytdəki səfirliyi ilə əlaqə saxlamışıq.

Onlar da öz növbəsində Əliyar və Nicatla danışıb. Hava məkanı açılan kimi geri dönəcəklər.

Ümid edirik ki, bir-iki gün ərzində onlardan yaxşı xəbər alarıq».

ABŞ və İsrailin İrana raket hücumları regionda hava məkanının təhlükəsizlik səbəbilə bağlanmasına gətirib çıxarıb. Nəticədə Küveytdə hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb və beynəlxalq uçuşlar dayandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti