Baş məşqçi dəyişdi, lap çökdülər - İndi nə etsinlər?

09:40 Problem 161
Baş məşqçi dəyişdi, lap çökdülər - İndi nə etsinlər?

Premyer Liqanı birinci tərk edəcək komanda «Karvan»dır.

Sonuncu yer onlarındır, oradan tərpənib eləməyəcəklər.

Füzuli Məmmədov üç aya 2 xal toplaya bilibsə, ondan növbəti 3 ay ərzində 10-15 xal gözləməyə dəyməz.

Komandanın potensialı bu deyil, çox zəifdir.

Bir digər dərd budur ki, «Karvan» baş məşqçi dəyişikliyindən xeyir görməyib, bütün özgüvənini itirib.

Nə ounu var, nə başqa bir şey - Məmmədov ultra praqmatik futbolundan əl çəkmədiyi müddətdə belə də davam edəcək.

Barker «Qəbələ»yə qol vurdu, ya vurmadı, bu, «Karvan» üçün heç bir əhəmiyyət əsb etmir.

Mövsümün ilk həftələrində uğurlu transfer bağışlayan Qavi Tompson tamamilə gözdən itib, bundan sonra nigeriyalı yarımmüdafiəçinin «dirilməsinə» ümid olmaq da nəyisə dəyişməyəcək.

Ya da olsun digər əcnəbilər. Füzuli Məmmədov onları robotlaşdırıb, nə keyfiyyətləri var idisə, itiriblər ötən 3 ayda.

Elə isə vaxt itkisini önləsinlər. Axı bunu nə qədər demək olar, qoy, gələn mövsümün hazırlığına indidən başlasınlar.

Yerlilərə, əsasən də gənclərə üstünlük versinlər. Onsuz da, I Liqaya düşəndən sonra bu legonerlərin 99 faizi düşərgəni tərk edəcək.

Hamısının müqaviləsi birillikdir, bildiyimizə görə.

Kimisini özləri saxlamayacaqlar, kimisi də aşağı liqada qalıb oynamaq istəməyəcək. A

rtıq cavanlar Premyer Liqada meydan almalıdır ki, I Liqada adlarından söz etdirməyə çətinlik çəkməsinlər, bir qədər təcrübə toplasınlar.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti