Oyuna baş məşqçisiz çıxacaq - 2021-ci ildə cəzalanan şəxs...

19:00 Problem 115
Oyuna baş məşqçisiz çıxacaq - 2021-ci ildə cəzalanan şəxs...

3-5 mart aralığında keçiriləcək kubok oyunları bəzi məşqçilər üçün tamaşa meydanı olacaq.

Üç nəfər Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində texniki zonada yer ala bilməyəcək.

Bunlar “Zirə”də Rəşad Sadıqovun məşqçilər heyətində yer alan Vüqar Məmməd, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev və türkmənistanlı çalışdırıcının köməkçisi Yunis Hüseynovdur.

2021-ci ildə “Səbail”də çalışarkən AFFA İntizam Komitəsi tərəfindən 20 oyunluq cəzaya layiq bilinən Vüqar Məmməd hələ də kənarda gözləməyə məhkumdur.

“Turan Tovuz”un məşqçiləri isə 1/4 final mərhələsinin “Kəpəz”lə ilk oyununda hakimi itələdiyi üçün aldıqları qırmızı vərəqəyə görə cəzalanıblar.

Martın 3-də “Zirə” – “Sumqayıt”, ertəsi “Qarabağ” – “Şamaxı”, martın 5-də “Kəpəz” – “Turan Tovuz”, “Qəbələ” – “Sabah” matçları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti