Respublikamızda güclü zəlzələ ehtimalı varmı?

07:40 Problem 106
Respublikamızda güclü zəlzələ ehtimalı varmı?

Xəbər verdiyimiz kimi, Şamaxı rayonunda son iki gün ərzində 8 yeraltı təkan qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi-nin məlumatına əsasən, zəlzələlər əsasən Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə baş verib.

Qeyd olunur ki, təkanların maqnitudası 3–3,8 intervalında dəyişib.

Zəlzələ ocağının dərinliyi 8–13 kilometr təşkil edib. Bəzi hallarda yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunsa da, bir sıra zəlzələlər əhali tərəfindən hiss edilməyib.

Sonuncu təkan yerli vaxtla saat 08:31-də Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə qeydə alınıb.

Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 8-ə çatıb.

Bəs zəlzələ nə qədər davam edəcək? Güclü təkan ehtimalı varmı?

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli musavat.com-a danışıb:

"Şamaxı rayonunda 8 deyil, ümumilikdə 260-dan çox yeraltı təkan qeydə alınıb. Onların içərisində 8 təkanın maqnitudası 3,3-dən yuxarı olub.

4,17 maqnitudalı zəlzələdən sonra qeydə alınan ən güclü təkan 3,8 maqnitudada olub. Həmin təkan da episentrdə 3 bala qədər hiss edilib.

Ən son yeraltı təkan 3,1 maqnitudada olub və saat 08:31-də qeydə alınıb.

Hazırda orada proses gedir və afterşoklar hesabına bir müddət də davam etməlidir. Gərginliyin boşalması davam edir. Bu da ona dəlalət edir ki, güclü, katastrofik zəlzələ ehtimalı gözlənilmir.

Respublikanın digər rayonlarında zəlzələ baş verməsi ehtimalı yoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında