Bu gün “Dinamo”nun “Qarabağ”a görə gələcək o pula ehtiyacı var

20:00 Problem 159
Bu gün “Dinamo”nun “Qarabağ”a görə gələcək o pula ehtiyacı var

Bildiyiniz kimi, AFFA 2025-2028-ci illəri əhatə edən İnkişaf Strategiyası hazırlayıb.

Qəbul edilmiş bu strategiya Azərbaycanda klubların, bölgə və uşaq futbolunun inkişafına təkan olmalıdır. Y

alnız bu halda əsas, olimpiya və gənclər yığmalarının nəticələrinin yaxşılaşmasına, beynəlxalq yarışlarda daha uğurlu çıxış etməsinə şahid ola bilərik.

“Qarabağ”ın Çempionlar Liqasındakı çıxışına görə Misli Premyer Liqasının digər 11 iştirakçısına UEFA tərəfindən vəsait ödəniləcək.

UEFA artıq illərdir Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan klubların təmsil etdiyi ölkələrdəki digər yüksək liqa təmsilçilərinə də həmrəylik məqsədi ilə maddi yardım göstərir.

Bu səbəbdən də “Qarabağ”ın cari mövsümdəki çıxışına görə Misli Premyer Liqasının klubları hər biri təxminən 1.6 milyon manat vəsait əldə edəcək.

Misli Premyer Liqasında çıxış edən klublara AFFA tərəfindən də gənclər futbolunun inkişafı üçün 500 min manat təqdim olunur. Üstəlik, demək olar ki, bütün Premyer Liqa klublarının əlavə sponsoru da mövcuddur.

Lakin İkinci Liqada çıxış edən “Dinamo” bu cür dəstək ala bilmir. Bu gün “Dinamo” uşaq futboluna Premyer Liqa səviyyəsində diqqət ayırsa da, nə AFFA tərəfindən kluba gənclər futbolunun inkişafı üçün 500 min manat ayrılır, nə də əlavə sponsor var.

Bu gün “Dinamo” yalnız II Liqada çıxışa görə aldığı cüzi vəsaitlə ayaqda qalır.

II Liqada yarışmasına və maliyyə çatışmazlığına baxmayaraq, Premyer Liqa klubları kimi, “Dinamo” da bütün yaş qrupları üzrə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və U-19 Gənclər Liqasında mübarizə aparır.

Hazırda Bakı və ətraf kənd-qəsəbələrdən 300-dək gənc akademiyada futbolun sirlərini öyrənir. Bir sözlə, qeyd etməliyik ki, “Dinamo” bu gün Azərbaycanda uşaq futbonun inkişafı üçün misilsiz və əvəzolunmaz xidmət göstərir.

Hazırda Azərbaycan çempionatlarında, Premyer Liqa, I və II Liqalarda çıxış edən yetirmələrimizin siyahısı kifayət qədər çoxdur.

Ümumiyyətlə, “Dinamo” yetirmələri üçün Premyer Liqa mənsublarından kompensasiya almayıb. Halbuki oyunçuların transferi və statusu qaydalarına əsasən, klublar bunu nəzərə almalı idilər.

Lakin bu günə qədər etdikləri çoxsaylı müraciətlərə baxmayaraq, heç bir yetirməyə görə yetişdirmə haqqı - təzminat ödənilməyib.

“Dinamo” bütün bunları nəzərə alaraq, UEFA tərəfindən “Qarabağ”ın ÇL-dəki çıxışına görə ayrılacaq vəsaitdən təkcə Premyer Liqa klublarına deyil, onlara da müəyyən maliyyə yardımı göstərilməsini AFFA-dan xahiş edir.

Doğrudan da, uzun illərdir Azərbaycan futboluna xidmət göstərən, bu gün onlarla yetirməsi Premyer Liqada olan “Dinamo” həmin vəsaitdən pay almağa layiqdir. Daha əvvəl Azərbaycan futbolunda belə bir praktika mövcud olub.

Belə ki, “Bakı” UEFA-nın ÇL-də iştirak üçün ayırdığı vəsaiti “Turan Tovuz”un hesabına yönəldib.

Digər klubların razılığı ilə həmin məbləğ Tovuz şəhər stadionunun qazonunun dəyişdirilməsinə istiqamətləndirilib. Çünki həmin vaxt Tovuz təmsilçisinin müraciəti hamı tərəfindən müsbət qarşılanıb.

Ümid edirik ki, illər əvvəl “Turan Tovuz”a olduğu kimi, bu gün “Dinamo”nun da müraciəti müsbət qarşılaşanacaq.

İnanırıq ki, Azərbaycan futboluna ləyaqətlə xidmət edən, gənc nəslin sağlam yetişməsində rolu olan, yüzlərlə yeniyetməni Azərbaycan futboluna qazandırmış “Dinamo”nun müraciətinə elita mənsubları müsbəi yanaşacaq.

“Dinamo”nun Akademiyasının yetirmələri:
1.Əkbər Səfərzadə 2004 - Dinamo
2.Elmin Qaçaylı 2005 - Dinamo
3.Nihad Mahmudzadə 2005 - Dinamo
4.Fizuli Dəmirov 2005 - Dinamo
5.Nihat Bayramlı 2005 - Dinamo
6.İbrahim Bağırov 2006 - Dinamo
7.Nicat Nəsirli 2007 - Dinamo
8.Rəsul Məmmədli 2008 - Dinamo
9.Rəfael Eyvazov 2007- Dinamo
10.Xəzər Əmiraslanov 2008 - Dinamo
11.Ruslan Hüseynov 2008 - Dinamo
12.Məhəmməd Cəfərzadə 2007 - Dinamo
13.Aqşin Abdullayev 2007- Dinamo
14.Amil Nurəhmədov 2005 - Dinamo
15.Bəxtiyar Əliyev 2004 - Dinamo
16.Orxan Novruzov 2006 - Dinamo
17.Uğur Sayıllı 2005 - Quba FK
18.Ümid Nağdəliyev 2003 - Kür Araz
19.Mirkamil Atakişiyev 2009 - Kür Araz
20.Ramin Quliyev 2008 - Kür Araz
21.Əli Bağırov 2008 - Ağstafa Gəncləri
22.Nihad Əmrahzadə 2004 - Qaradağ Lökbatan
23.Hüseyn Əhmədov 2007 - CD Cazalegas ( İspaniya)
24.Əli Novruzzadə 2009 - Qəbələ İK
25.Sübhan Rzayev 2009 - Qəbələ İK
26.Yusif Ağamirzəli 2011 - Qəbələ İK
27.Yunis Həkimi 2012 - Qəbələ İK
28.Emil Təhməzov 2010 - Qəbələ İK
29.Elmar Şafaqatov 2009 - Qəbələ İK
30.Onur Mirkaparovi 2009 -Qəbələ İK
31.Emil Əzizli 2009 - Qəbələ İK
32.Fəqan İsmayılov 2009 - Qəbələ İK
33.Səid Əhmədov 2009 - Qəbələ İK
34.Əkbər Cəfərov 2010 - Araz Naxçıvan
35.Hüseyn Məmmədov 2010 - Araz Naxçıvan
36.Əflatun Babayev 2009 - Araz Naxçıvan
37.Pərviz Bağırov 2009 - Araz Naxçıvan
38.Özcan Öztürk 2009 - Araz Naxçıvan
39.Həmid Mürşüdlü 2009 - Araz Naxçıvan
40.Dəniz Həsənov 2009 - Araz Naxçıvan
41.Timur İbrahimov 2009 - Araz Naxçıvan
42.Vasif Həziyev 2009 - Araz Naxçıvan
43.Nihat Nəbiyev 2007 - Araz Naxçıvan
44.Məhəmməd Rəşidli 2006 - Araz Naxçıvan 2
44.Rəşid Rəşidli 2004 - Araz Naxçıvan 2
45.Səbuhi Qədirzadə 2005 - Araz Naxçıvan 2
46.Xəzər Ağalızadə 2003 - Araz Naxçıvan (Futzal)
47.Ramazan Atakişiyev 2003 - Araz Naxçıvan ( Futzal)
48.Ammar Əliyev 2007 - Qarabağ 2
49.Mirsaleh Əliyev 2011 - Sumqayıt FK
50.Ömər Babayev 2011 - Neftçi İK İB
51.Camal Dəmirov 2015 - Neftçi İK İB
52.Rəfael Əliyev 2008 - Kəpəz PFK
53.İlkin Məmmədov 2006 - Sumqayıt 2
54.Əli Quliyev 2008 - Sumqayıt FK
55.Emil Bəyalıyev 2008 - Sumqayıt FK
56.Elcan Hüseynzadə 2008 - Sumqayıt FK
57.İsmayıl Novruzov 2008 - Sumqayıt FK
58.Omar Muradov 2007 - Araz Naxçıvan 2
59.Riad Qaradağlı 2009 - Qarabağ FK
60.Ümid Şıxəlizadə 2013 - Qarabağ FK
61.Samir Şərifov 2009 - Sabah FK
62.Fariz Hüseynov 2007 - Səbail FK
63.Amin Ələsgərov 2010 - Şəfa FK
64.Əkbər Cəfərov 2010 - Araz Naxçıvan

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti