Pulunuzun batmasını istəmirsizsə... “QARA BAZAR”a aid VİDEO

16:40 Problem 99
Pulunuzun batmasını istəmirsizsə... “QARA BAZAR”a aid VİDEO

“Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi qanunsuz mərc və şans oyunlarının adını tez-tez eşidirik.

Telefonlarımıza bildirişləri gəlir.

Cəlbedici təkliflər bir çoxumuzu hətta qısa müddətdə istifadəçisinə çevirir. Bura qədərindən əksəriyyətimizin xəbəri var. Biz isə onların nə qədər təhlükəli olmasının mesajlarını verəcəyik.

Bu cür platformalarının əsas məqsədi insanları aldatmaq və asan qazanc vədi ilə onları maliyyə və psixoloji asılılığa sürükləməkdir.

Qanunsuz mərc oyunları cazibədar təkliflərlə başlayır.

İlk baxışda görünən təkcə reklamdır.

Əslində isə çox böyük təhlükədir.

Hətta görünməyən cinayət.

Lisenziyasız platformalar sizin bank məlumatlarınızı qorumaq öhdəliyi daşımır. Kart məlumatları oğurlana, hesablar boşaldıla bilər. Uduş vədi ilə daxil olunan məlumatlar kiber cinayətə yol aça bilər.

Kiber risk, məlumat itkisi yekunda maddi zərərlə tamamlanır.

Hüquqi nəticələr arzuolunan deyil.

Uduş yoxdur, əvəzində cərimələr var.

Qanunsuz mərc oyunlarında iştirak inzibati məsuliyyət yaradır.

Bura həm iştrak, həm də təşkilatçısı olmaq daxildir.

Uduş və qoyulan məbləğ müsadirə olunur

Təkrar təşkil etmə isə azadlıqdan məhrumetməyə kimi apara bilər.

Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsinə əsasən, Qanunsuz mərc təkcə pul itkisi deyil. Bu, hüquqi məsuliyyətdir.

“SPORTİNFO TV”

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti