“Qarabağ”la “Zirə” braziliyalılarını itirdi, daha 5 futbolçu...

15:00 Problem 82
“Qarabağ”la “Zirə” braziliyalılarını itirdi, daha 5 futbolçu...

Premyer Liqanın 22-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunlarda 7 futbolçu iştirak edə bilməyəcək.

Bunlar “Qarabağ”lı Kadi Borges, “Zirə”nın müdafiə xəttinin dirəyi Ruan Renato, “Sumqayıt”ın “vuran ayağı” Aleksandr Ramalinqom, “Şamaxı”nın yarımmüdafiəçisi Alfons Msanqa və “Kəpəz”in yerli futbolçuları Məqsəd İsayev, Rauf Hüseynli, Şakir Seyidovdur.

Borges, Ramalinqom və Seyidov öncəki turlarda qırmızı vərəqə aldıqlarına görə cəzalı duruma düşüblərsə, digərləri sarı vərəqə limitini doldurub.

Fevralın 27-də “Kəpəz” – “Sumqayıt”, ”Zirə” - “Araz-Naxçıvan”, ertəsi “Şamaxı” – “Neftçi”, “Qəbələ” – “Karvan-Yevlax”, martın ilk günündə “Turan Tovuz” – “İmişli”, “Qarabağ” – “Sabah” matçları keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti