COP29

“Sabah limit qüvvəyə minsə, azərbaycanlı futbolçulara tələb olmayacaq”

19 Fevral 21:00 Problem 747
“Sabah limit qüvvəyə minsə, azərbaycanlı futbolçulara tələb olmayacaq”

“Türkiyədə limit aradan götürüldüyü üçün azərbaycanlılara tələb var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu İlqar Qurbanov deyib.

“Fənərbağça”nın yetirməsi olan, vaxtilə qardaş ölkədə “Sivasspor”un da formasını geyinmiş keçmiş forvard futbolçularımızın Türkiyəyə axını barədə danışıb.

Bildirib ki, yerli futbol federasiyasının türkdilli ölkələrdən olan oyunçuların legioner sayılmaması haqda qərarı bizimkilərə “yaşıl işıq” yandırıb:

“Amma sabah limit qüvvəyə minsə, yenə tələb olmayacaq. Çünki bizdə o səviyyədə oyunçu yoxdur ki, limit ola-ola Türkiyə çempionatında oynasın.

Bəlkə 1-2 nəfər xaric. Milli komandada işləyən məşqçilərdən soruşsaq, Premyer Liqada legioner limitinin 6+5 olmasını istəyəcəklər.

Lakin klubda çalışan məşqçilərin bəziləri “8+3 olsun” deyəcəklər. Hazırkı vəziyyət belədir".

Hazırda Türkiyədə 7 futbolçumuz çıxış edir.

Onlardan Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”un, Renat Dadaşov “Hatayspor”un (hər ikisi Super Liqa), Vüsal İsgəndərli “Boluspor”un, Bəxtiyar Həsənəlizadə “Tuzlaspor”un, Coşqun Diniyev “Ümraniyespor”un, Ramil Şeydayev “Kocaelispor”un, Sertan Taşkın “Manisa”nın (hamısı I Liqa) formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!