COP29

"Kim bu sözləri işlətsə, onu o dəqiqə istefaya göndərərlər, bizdə isə təhqir edirlər"

27 Noyabr 2023 11:40 Problem 653
"Kim bu sözləri işlətsə, onu o dəqiqə istefaya göndərərlər, bizdə isə təhqir edirlər"

«Millini çalışdıran əksər əcnəbilər Azərbaycan futbolçusuna və mediasına həmişə hörmətsiz yanaşıb».

Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O bildirib ki, bu tendensiya Berti Foqtsun vaxtından başlayır və indi də davam edir.

Canni De Byazinin AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə qarşılaşmadan (5:0) sonra Brüsseldəki mətbuat konfransında azərbaycanlı jurnalistərə həqarət etməsinə toxunan İ.Vaqifoğlu deyib:

«Onun son hərəkəti mənə qəribə gəlmədi. Çünki Robert Prosineçki istisna olmaqla, bütün xarici məşqçilər yerli mətbuata aşağı-yuxarı eyni münasibəti göstərib.

Bu,Berti Foqtsun vaxtından belədir. Yəqin ki, heç kim onun Bakıdakı mətbuat konfransında baş verənləri hələ unutmavyıb.

O hadisənin iştirakçıları və şahidləri indi də yaşayır. Gəlmə məşqçilərin bizimkilərə yuxarıdan-aşağı baxması AFFA-dan qaynaqlanır.

Bu səlahiyyəti onlar veriblər. Orada çalışanlar həmin məşqçilərdə futbolumuz, futbolçumuz və media haqda çox pis fikir formalaşdırıb, ona görə də gəlib-gedən təhqir edir.

Belə hadisələr Türkiyə, yaxud bir başqa norma futbol ölkəsində baş verə bilməz. Kim bu sözləri işlətsə, onu o dəqiqə istefaya göndərərlər».

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 20:00 Çək və bizə göndər!