"Mən buna 2022-ci ildə əmin oldum, başa düşdüm ki..."

12 Aprel 2024 08:40 Problem 916
"Mən buna 2022-ci ildə əmin oldum, başa düşdüm ki..."

“Tarixi Ermənistan” və “real Ermənistan” nəinki bir-birinə uyğun gəlmir, əksinə çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və bir-birinə ciddi təhlükə yaradır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2023-cü ilə dair hökumətin hesabatını təqdim edərkən deyib.

“Həm mən, həm də hökumət üzvləri çoxdan tarixi Ermənistanın psixologiyasının və ənənələrinin daşıyıcılarıyıq. Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir.

Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir”, - Paşinyan əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi