Əsir düşən əsgərin anasından ŞOK açıqlama: “Bizimlə maraqlanmırlar"

4 İyun 08:30 Problem 260
Əsir düşən əsgərin anasından ŞOK açıqlama: “Bizimlə maraqlanmırlar"

“Uzun müddətdir xəstə idim. 2-3 gündür ayağa qalxmışam. Müalicə almağa maddi imkanım yox idi”.

Bunu musavat.com-a Ermənistanda əsir götürülən əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

O bildirib ki, gedişatla özləri maraqlanır:

“Bizə zəng vuran yoxdur. Hüseyn itkin düşəndən indiyə qədər hərbi komissarlıqdan mənə bir zəng də gəlməyib.

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da, mən də tez-tez Qırmızı Xaç Komitəsinə zəng edirik, deyirlər, bizə uşaqlarla bağlı hələ ki, məlumat verilmir. O da xəstədir, vəziyyəti pisdir”.

Şəlalə Axundova xatırladıb ki, ona məktub aprelin 19-da gətirilmişdi:

“Oğlumun elə xətti yoxdur, onu o yazmayıb. Çünki oğlum iri hərflərlə və səliqəsiz yazır.

Qırmızı Xaç Komitəsinin nümayəndələri mayın 19-da uşaqların yanına getməli idi. Özləri deyirlər ki, bir aydan bir gedirik, amma indiyə qədər getməyiblər. Deyirlər, Ermənistandan bizə məlumat verilməyib. Onlar bunu tələb etməlidirlər. Bizi xəstə salan odur ki, heç kim bizə məlumat vermir”.

Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Ermənistan məhkəməsi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub.

Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu